Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz özündə Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Accessorize, Coccinelle, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış brendlərini birləşdirir.
NOVCO Şirkətlər Qrupu yeni məzunlara, iş təcrübəsi olmayan və bizimlə karyera youlunu arzulayanlara “Təcrübə proqramı”nı elan edir.
Təcrübə Proqramı aşağıda qeyd edilən şöbələr üzrə aparılacaqdır:
1) Hüquq
2) İnsan Resursları və Administrasiya
3) Müştəri xidmətləri
4) Moda/Satış
5) Moda/ Vizual Merçendayzinq
Təcrübə müddəti 3 aydır, həmin müddətdə müvəffəqiyyətlə fərqlənən namizədlər işlə təmin edilə bilərlər. Əlaqəli sahə üzrə təhsil arzuolunandır.
E-mail: [email protected], Mövzuda “Təcrübə proqramı ” yazaraq CV göndərməklə proqrama namizədliyinizi verə bilərsiniz.