Sinteks MMC
1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Hal hazırda Sinteks Şirkətinə Təhlükəsizlik sistemləri üzrə mühəndis tələb olunur.
Vəzifə öhdəlikləri (Sadəcə bunlarla məhdudlaşmır):
• Şirkətə məxsus mağazalarda və anbarda bütün kamera, oğurluğa qarşı sistemlər, akustika, giriş-çıxış, sayğac və video sistem avadanlıqların işinin fasiləsiz fəaliyyəyinin təminatı.
• Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə problemi həll etməli, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməli və ya servis xidmətinin nümayəndəsinin gəlməsini təmin etməlidir.
• Oğurluğa qarşı sistemlərin normal işinin təminatı və vaxtaşırı onların servisdən yoxlanmasının təmin etməlidir. Kameraların işlək vəziyyətdə olmasını təmin etməli və periodik monitorinqini aparmalı.
• Musiqi və səs sistemlərinin, quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasını təmin etməlidir.
• Müraciət əsasında şöbələri və işçiləri video yazılışla təmin etməlidir.
• Yeni açılan iş yerlərini, mağaza və anbarlarda kameralar quraşdırılmasın, oğurluğa qarşı, sayğac sistemlərin, akustik sistem və lazım gəldikdə video monitorların və giriş-çıxış sistemlərinin quraşdırılmasını təmin etməlidir.
• İstifadəsində olan proqram təminatlarının normal fəalliyəti, lisenziya tələb edən proqram təminatların müddətini vaxtı-vaxtında uzadılmasını təmin etməlidir.
Namizədə qoyulan tələblər:
• Microsoft Windows Əməliyyat Sistemini (Server) bilməli
• Videoserverlər üçün istifadə edilən kompyuterlərdə yaranmış proqram və fiziki apparat səviyyəsində olan nasazlığların aradan qaldırılması
• Videoserverlərin, storage serverlərin, videonəzarət və videoqeydiyyat üçün nəzərdə tutulmuş videoserverlərin, peoplecounter (sayğac) sistemlərinin, kameralar (ip, analoq), video-audio sistemlərin, daxili və xarici reklam monitorlarının proqram təminatını
• VAST Proqram təminatı haqqında ilkin biliklər
• Şəbəkə avadanlıqların tənzimləyə bilməlidir
• Layihələrlə işləmə qabiliyyətli
• Avadanlıqlara məxsus sənədlərlə işləmə qabiliyyəti
• Xarici partnyorlarla texniki səviyyədə yazışma qabiliyyəti
• Texniki Ali Təhsilli – İnformasiya texnologiyaları arzuolunandır
• Iş təcrübəsi minimum 2 il (İT, Videomüşahidə sahəsində)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected]om e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Təhlükəsizlik sistemləri üzrə mühəndis” qeyd etmələri xahiş olunur.