ERP üzrə mütəxəssis

  • Metak
  • Elanın qoyulma tarixi: 25.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 21 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

ERP üzrə mütəxəssis

İşin təsviri:

• ERP proqram təminatında var olan modulların təkmilləşdirilməsi, şirkətin ehtiyacına görə yeni modulların yaradılması;
• Yeni proqram təminatlarının yaradılması, dəstəklənməsi və mövcud olan proqram təminatlarının təkmilləşdirilməsi;
• Yeni texniki sənədlərin yaradılması və mövcud olan sənədlərin təkmilləşdirilməsi;
• SQL sorğuların, funksiyaların yaradılması;
• Şirkət əməkdaşlarına modulların işləmə prinsiplərinin anlatılması.

Namizədə tələblər:

• Yaş həddi: 22 - 30;
• Ali təhsil (Texniki və ya Riyaziyyat);
• 2+ illik ERP təcrübəsi (Canias, Logo, SAP);
• 2+ illik RDBS təcrübəsi (MSSQL, MYSQL, Oracle);
• 2+ illik proqramlaşdırma təcrübəsi (C#, .NET Framework 4.0-4.6, Visual Studio);
• Mühasibatlıq və Maliyyə sahələrində təməl biliklər;
• Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi (istehsalatda çalışmış şəxslərə üstünlük verilir);
• Rus və ingilis dillərini bilməli (texniki).


•  İş vaxtı: 5 gün, 09:00-18:00;
•  Nahar şirkət tərəfindən verilir.
•  Əmək haqqı: danışıq əsasında

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=103  26.10.2018– ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə dəvət olunacaqlar.