Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkət özündə Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Pablosky, Accessorize, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış brendlərini birləşdirir.
Şirkət: NOVCO MMC
Vəzifə: Mühasib
Vəzifə öhdəlikləri
- Şirkətin mühasibat işlərinin aparılması, əlaqəli dövlət hesabatlarının verilməsi
- Xərclərə nəzarət müvafiq hesabatların hazırlanması
- Nəğd vəsaitlərin hərəkəti ilə əlaqəli hesabatların hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması
Tələblər
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Vergi məcəlləsini yaxşı bilməli;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
- Rus və ingilis dilini bilməsi arzuolunandır
- MS Office(xüsusillə Excell) və 1C 8.3 bilikləri
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzu yerində “ Mühasib ” yazaraq göndərə bilərlər.