İnsan Resursları idarəedilməsi üzrə mütəxəssis

İşin təsviri

GROW Audit and Consulting” MMC 2011-ci ildə fəaliyyətə başladığı andan etibarən professional səviyyədə möhkəmlənmək, fəaliyyətinin sərhədlərini genişləndirmək və xidmətlərinin ancaq kəmiyyət yox, həm də keyfiyyət nöqteyi nəzərdən artırmağı öz qarşısına strateji məqsəd kimi qoymuşdur.

Tələblər:

- Müvafiq vəzifədə 3-5 illik iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili - əla
- Bilməlidir: Əmək qanunvericiliyini və hüquqi normativ aktları
- Əməyin mühavizəsi və təşkili normalarını
- MS Office proqramları
- İş analizinin və lazımi prosedurun həyata keçirilməsini təmin etmək
- Bütün məlumatların e-gov.az saytında portalda işləməyi bacarmaq
- Şəxsi keyfiyyətlər: Yaradıcı və yeniliyə açıq olmaq
- İnsan resursları sahəsində müasir metodlardan istifadə etmək
- Gərgin iş qrafikində işləmə bacarığı

Vəzifələr:

- İnsan Resurslarının strateji idarəedilməsi siyasətininin qayda və sistemlərini hazırlamaq, onları təkmilləşdirmək.
- İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
- İşçilərin AR. ƏM-ə uyğun sənədləşməsinə nəzarət etmək
- Şöbənin fəaliyyətinə aid olan hesabatları hazırlamalı və rəhbərliyə təqdim etmək.
- Vəzifə təlimatlarını və əmək haqqı ödənilmə sistemini işləyib hazırlamaq.
- Struktur və ştat cədvəlini mütəmadi olaraq nəzarətdə saxlamaq, lazım olan dəyişiklikləri etmək və təkmilləşməsi üçün tövsiyyələr vermək.
- İllik məzuniyyət/təlim qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında icra edilməsini təmin etmək.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərinin [email protected] – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnsan Resursları idarəedilməsi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Grow Audit and Consalting tərəfindən digər vakansiyalar