Horeca satış kanalı üzrə rəhbər

İşin təsviri

Şirkət haqqında:

150 illik tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim ən böyük şərab emalı müəssisəsidir. Hazırda “Göygöl Şərab Zavodu” ASC konyak və şərab məhsullarından əlavə “Xan” markası ilə müxtəlif növ araq məhsulları eləcə də alkoqolsuz sərinləşdirici içkilər istehsalı və distribusiyası ilə məşğuldur.

Horeca satış kanalı üzrə rəhbər

İş öhdəlikləri

• Öhdəliyində olan satış təmsilçilərini idarə etmək
• Satış hədəfləri təyin etmək və bu hədəflərə nail olmaq
• Müştəri bazasının hazırlanması və satış təmsilçilərini bu hədəflər üzrə yönləndirmək
• Ərazidə olan borc öhdəliklərinə nəzarət etmək
• HORECA istiqaməti üzrə satış planlarının hazırlanması
• Şərab dequstasiyalarının təşkili
• Şərab məhsullarının tanıtımı işlərinin həyata keçirilməsi

İşçiyə tələblər

• Ali təhsilin olması
• Rus dilində sərbəst ünsiyyət
• Satış işində təcrübəsinin olması (restoran,otel istiqaməti üzrə satış təcrübəsinin olması arzuolunandır)
• Sürücülük vəsiqəsinin olması
• Şərab və digər alkoqollu içkiləri qiymətləndirməyi bacarmalı
• Rus və ingilis dili danışıq səviyyəsində olmalıdır.
• Ən azı bakalavr təhsilinin olması

İş qrafiki və əməkhaqqı

•  İş qrafiki həftənin 6 günü, saat 08:00 -18:00

Əgər Siz göstərilən tələblərə uyğunsunuzsa, [email protected]  email ünvanına cv-i göndərin.
CV-lər 15 sentyabr tarixinə qədər göndərilə bilər.