Təftiş üzrə kiçik mütəxəssis (Pərakəndə satış sektoru)

İşin təsviri

Sinteks MMC

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks Şirkətlər Qrupu bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi,  dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Qrup dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks Şirkətlər Qrupuna Təftiş üzrə kiçik mütəxəssis (Pərakəndə satış sektoru) tələb olunur.

Vəzifə öhdəlikləri (Sadəcə bunlarla məhdudlaşmır):

• Mağazalarda dəqiq və düzgün təftişlər həyata keçirilmək;
• Təftiş zamanı bütün geyim məhsullarının  standartlara uyğun olub-olmamasını yoxlamaq;
• Yoxlanılmış  məhsulları skaner vasitəsi ilə qeydə almaq;
• Mağazalarda olan inventarları yoxlamaq;
• Qüsurlu malları aşkar etmək;
• Təftiş zamanı mağazalarda aşkarlanmış ştrixkodsuz malları ştrixkodlaşdırmaq;
• Malları çeşid səhvi üzrə yoxlamaq.

Namizədə qoyulan  tələblər:

• Yaş həddi: 25-35 yaş;
• Pərakəndə satış sahəsində təftiş üzrə azı 1 il iş təcrübəsi;
• Dil bilikləri: Rus və Azərbaycan;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Ali təhsil (Riyazi və ya iqtisadi təhsilli namizədlərə üstünlük verilir);
• Stressə və təzyiqə davamlılıq;
• İş prosesində hər bir detala diqqət yetirmək;
• Dürüstlük və məsuliyyətlilik;
• Analitik düşünmək bacarığı;
• Gecə təftişlərində iştirak etməyə hazır olmaq.

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü
• Gecə təftişlərində iştirak etməsi gözlənilir
• Əmək haqqıdan əlavə bonus

Əmək haqqı 450/ 3 ay sonra 500+bonus

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Təftiş üzrə kiçik mütəxəssis (Pərakəndə satış sektoru)” qeyd etmələri xahiş olunur.

site.company_rating