Müştəri Menecerinin Assistenti

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 26.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri Korporativ Satışlar Departamentinin Kiçik və Orta Sahibkarlarla İş Şöbəsində Müştəri Menecerinin Assistenti vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Müştəri Menecerinin Assistenti Müştəri Menecerinin portfelindəki müştərilərin sifarişləri, problemləri, gecikdirilmiş kreditləri üzrə ilkin təqibin həyata keçirilməsi və s. üzrə işləri həyata keçirir.

Öhdəliklər

• Müştəri Menecerinin portfelindəki müştərilərlə əlaqəli sənəd dövriyyəsini həyata keçirmək;
• Həmin müştərilərin əməliyyatlar üzrə sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək;
• Kredit təhlili üzrə məlumatların yığılmasında və memorandumun yazılmasında iştirak etmək;
• Kredit portfelində gecikmə üzrə ilkin təqibi həyata keçirmək;
• Müştəri Menecerinin cari işlə bağlı digər tapşırıqlarını icra etmək.

Tələblər

• Ali iqtisadi təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
• MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
• İş təcrübəsi tələb olunmur.

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Müştəri Menecerinin Assistenti” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.

site.company_rating