Planlama Şöbəsinin Müdiri

İşin təsviri

Şirkət : “Mingəçevir Tekstil” MMC

Vəzifə adı :  Planlama Şöbəsinin Müdiri

Tələblər :

• Ən azı 5 il mövcud vəzifədə iş stajı
• Ali təhsil (Magistr təhsili üstünlükdür)
• Xarici dil bilikləri (İngilis dili, Rus dili)
• Microsoft Office (Excel, Word, PowerPoint, Outlook, One Note, Project, Visio, OneDrive və s.)

Vəzifə öhdəlikləri:

• Müəssisələrdə istehsalın planlama sisteminin tətbiqi və təkmilləşdirilməsi;
• İstehsalat əməliyyatlarının vaxtında nəzarət olunması;
• İstehsal planının satış planı ilə uyğunlaşdırması;
• Hazır məhsulun kifayət qədər ehtiyatının təmin olunması;
• Məhsulların istehsalı ilə əlaqədar təqvim planı və istehsalat proqramının hazırlanması;
• İstehsalatın gedişatının əməli uçotunun təşkil edilməsi;
• Planlama işlərinə rəhbərlik edilməsi;
• Satış proqnozlarına görə aylıq, həftəlik istehsalların müəyyənləşdirməsinə nəzarət və təmin edilməsi;
• Satış proqnozlarında ediləcək dəyişikliklərə görə istehsal planlarında müvafiq dəyişikliklərin edilməsinə nəzarət və təmin edilməsi;
• Müəssisələrdə İstehsal xəttlərinin planlamaya müvafiq balanslaşdırılması;
• Müəssisələrdə xammal, mal-material ehtiyyatları üzrə optimal/minimal sifariş və anbar qalıqların müəyyən edilməsi və davamlı nəzarət edilməsi;
• Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin funksional işçiləri arasında iş bölgüsünü aparılması;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin funksional işçiləri ilə fəaliyyət  dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
• Rəhbərlik etdiyi funksional işçilərin  işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
• Tabeliyində olan funksional işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
• Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.

Contact : [email protected]