Vəzifə adı: Satış təmsilçisi
İş şəraiti :
1. Ofis xarici.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı – Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
4. İş rejimi: Həftənin 5 günü, 6-cı gün natamam iş günü
5. Tibbi sığorta
Öhdəliklər:
• Cəmiyyətin yeni korporativ müştərilərlə əlaqəsini təmin etmək, şirkətin təklif etdiyi xidmətləri ilə onları yaxından tanış etmək və son nəticədə uyğun satışın təşkilinə nəzarət etmək;
• Firmaların direktorları və yaxud müdirlərindən təkliflərimizi vermək ücün görüş tələb edilməsi və görüşülməsi;
• Təkliflərin müştərilərin istəkləri və cəmiyyətin mənafeyinə uyğun şəkildə hazırlanması;
• Yeni müştərilərlə əlaqə yaratmaq, şirkətin təklif etdiyi xidmətlər ilə onları yaxından tanış etmək;
• İlkin əlaqə yaradılmış və müəyyən bir mərhələdən sonra müqavilə imzalanmış müştərilərlə davamlı əlaqə saxlamaq;
• Terminal quraşdırılması üçün daxil olan müraciətləri cavablandırmaq;
• Terminal quraşdırılması nəzərdə tutulan obyektlərə baxış keçirmək və ətraflı analiz edərək müvafiq qərar qəbul etmək;
• Bazarın daha təsirli sektorlarının müəyyənləşdirmək, bazarın imkanlarının istifadə edilməsi üzrə tədbirlər kompleksini həyata keçirmək;
Tələblər:
- Ali təhsilli.
- Rus dili yuxarı səviyyədə.
- Verilən tapşırığa adaptasiya olma bacarığı.
- Ən az 1 il iş təcrübəsi
- Təqdimat etmə bacarığı
- Diqqətli, çevik və məsuliyyətli olmaq;
- Kollektivə uyğunlaşma bacarığı.
Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] adlı email ünvanına göndərəsiniz. Göndərilən CV lər mütləq şəkillə olmalı və mövzu adı yerində “Satış təmsilçisi“ yazılmalıdır.