Korporativ müştərilər üzrə satış meneceri

  • Ofisait
  • Elanın qoyulma tarixi: 04.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında :  1995-cü ildə fəaliyyətə başlayan   “Inci Group Of Company” MMC-nin nəznində fəaliyyət göstərən  Ofisait Şirkəti  fəaliyyətini Korporativ satış və Pərakəndə mağazaçılıq sektorunda  davam etdirir.

Vəzifənin adı : Korporativ müştərilər üzrə satış meneceri

Namizədə dair tələblər:

- Ali təhsil;
- Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili orta səviyyədə  bilməli;
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Təqdimat bacarığının olması;
- Sürücülük vəsiqəsi: kateqoriya B;
- Yaş: 24-38;

İş barədə məlumat:

- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Ziyarət nəticələrinin izlənilməsi;
- Nahar şirkət tərəfində təmin olunur;

İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-13:00);
İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz.

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı -  [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Müraciət üçün son tarix:05.08.2018