Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.
Vəzifə: İxracat üzrə mütəxəssis (Gilan Tekstil Parkı)
İş yeri: Azərbaycan / Sumqayıt
Namizəddə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
- Yüksək səviyyədə azərbaycan, ingilis və rus dili biliyi;
- MS Office proqramları (Word, Excel, PowerPoint) üzrə mükəməl bilik;
- Mükəmməl ünsiyyət və təqdimat bacarığı;
- Yüksək səviyyəli təşkilatcılıq bacarığı.
Daha ətraflı və müraciət üçün: https://hr.gilanholding.com/v/4638