Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkət özündə Hackett London, Tara Jarmon, Liu JO, Coccinelle, Coast, Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, Six, United Colors of Benetton, Sisley, OVS kimi dünyanın tanınmış brendlərini birləşdirir.
Şirkət: NOVCO MMC
Vəzifə: Büdcə və Biznes analitika üzrə menecer
Vəzifə öhdəlikləri
- Şirkətlərin büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi
və müvafiq hesabatların hazırlanması
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət və geniş bazalı məlumatların toplanması və təhlili
- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
Tələblər
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olmalı;
- Problemləri həll etmə bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
- Rus və ingilis dilini yaxşı səviyyədə bilməli
- MS Office(xüsusillə Excell) və 1C 8.3 bilikləri
İş qrafiki
I-V günlər, saat 9:0-dan 18:00-dək
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzu yerində “Büdcə və Biznes analitika üzrə menecer” yazaraq göndərə bilərlər.