SƏTƏM üzrə rəhbər

İşin təsviri

Şirkət: “Mingəçevir Tekstil” MMC

Vəzifə adı: SƏTƏM üzrə rəhbər

Tələblər :

• Ən azı 3 il mövcud vəzifədə iş stajı
• Ali təhsil
• Xarici dil bilikləri (İngilis dili, Rus dili)
• Microsoft Office (Excel, Word, PowerPoint, Outlook, One Note, Project, Visio, OneDrive və s.)

Vəzifə öhdəlikləri:

• Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməlidir, iş yerlərinin əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.
• İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir, iş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir, iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
• Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etməlidir, struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlərin görülməsində iştirak etməlidir.
• İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir, fəhlə və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir.
• Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir.
• İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
• İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürülməsi üçün rəhbərliyə rəsmi məlumat verməlidir.
• SƏTƏMM üzrə prosedurun forma və qaydalara uyğun olaraq nəzarət edilməli;

• SƏTƏMM mütəxəssisi nəzarət etməlidir:
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların tərtibi və yerinə yetirilməsinə;
- Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə;
- Sex və şöbələrdə əməyin mühafizəsi və texniki təhlükəsizliyi üçün ayrılmış vəsaitlərin düzgün xərclənməsinə;

• Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin funksional işçiləri arasında iş bölgüsünü aparılması;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin funksional işçiləri ilə fəaliyyət  dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
• Rəhbərlik etdiy funksional işçilərin  işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
• Tabeliyində olan funksional işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
• Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.

Contact : [email protected]