Texniki xidmət üzrə koordinatorun köməkçisi / Assistant Maintenance Coordinator

İşin təsviri

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi,  dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks MMC şirkətinə Texniki xidmət üzrə koordinatorun köməkçisi / Assistant Maintenance Coordinator tələb olunur.

Vəzifə öhdəlikləri:

• Mağazalara aid “Checklist” səhifəsində qeyd olunan problemləri keyfiyyətli, şirkətin resursları çərçivəsində və əlverişli qiymətlərlə həll etmək
• Podratçılar, iş icraçıları və ya servis şirkətləri tərəfindən mağazalarda təmir-bərpa işləri aparılarkən və ya servis xidməti göstərilərkən əməyin mühafizəsi və texniki  təhlükəsizlik qaydalarına riayət olunmasını onlardan tələb etmək və bundan irəli gələn bütün işləri yerinə yetirmək
• Ustaların işlərinə nəzarət etmək və onlar arasında iş bölgüsü aparmaq
• Servis xidməti göstərən şirkətlər ilə (kondisioner, lift, yanğın təhlükəsizliyi, təmizlik və s.) əməkdaşlığa dair qiymət araşdırması aparmaq və xidməti müqavilələr bağlamaq
• Ustalar tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
• Problemlərin həll edilməsi, işlərin təşkili və idarə olunması ilə bağlı daha səmərəli yollar axtarmaq və perspektivləri barədə rəhbərliyə təkliflər vermək, tez-tez baş verən problemləri təhlil etmək, səbəblərini araşdırmaq və qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görmək
• Müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
• Bütün kommunikasiya xətlərinin düzgün və təhlükəsiz quraşdırılmasını, personal tərəfindən istismar qaydalarına riayət olunmasını, personalın əməyin mühafizəsi üzrə təlimatlandırılmasını və onlara təlimlərin keçirilməsini təmin etmək
• Yanğın əleyhinə balonların, tüstü detektorlarının, mühafizə xidməti pultlarının, yanğın əleyhinə həyəcan siqnalları və sucivə başlıqlarının işlək vəziyyətdə olmasını təmin etmək
• Təxliyyə planlarının mağazalarda yerləşdirilməsini, ehtiyyat çıxışlarının bağlanmamasını təmin etmək.

Namizədə qoyulan  tələblər:

• Texniki sahə üzrə ali təhsil
• MS Office proqramları ilə işləmək bacarığı
• Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
• Orta səviyyəli texniki biliklər
• Azərbaycan və ingilis dillərində koorporativ yazışma və danışıq qabiliyyəti
• Yüksək ünsiyyət qurmaq və komanda daxilində çevik işləmək bacarığı
• Yüksək yazılı və şifahi ünsiyyət bacarığı
• Tapşırıqları prioritetləşdirmək və işlərin təyin edilmiş vaxtda bitməsini təmin etmək üçün müvafiq təşkilati bacarıqlara sahib olmaq
• Yüksək problem həll etmək bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Texniki xidmət üzrə koordinatorun köməkçisi / Assistant Maintenance Coordinator ” qeyd etmələri xahiş olunur.

site.company_rating