"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Vakansiya: İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi (iş analizi və iş yükünün ölçülməsi üzrə)
Tələblər:
• Ali təhsil (Humanitar, iqtisadiyyat, psixologiya);
• Azərbaycan, rus, ingilis dillərini səlist bilməli;
• İnsan Resursları ( xüsusi ilə iş analizi, iş yükünün ölçülməsi üzrə) sahəsində minimum 2 il iş təcrübəsi;
• Komandada işləmək bacarığı olmalı;
• Azərbaycan Respublikası əmək qanunvericiliyini mükəmməl bilməlidir.
Əsas vəzifələr:
• Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analizlərinin aparılması;
• Bütün departamentlər üzrə işçilərin iş yükünün ölçülməsi;
• İnsan Resursları üzrə menecerə iş yükü və iş analizi üzrə hesabatların təqdim edilməsi;
• Şirkət daxilində işçilərin vəzifələri üzrə sertifikasiya imtahanlarının təşkili və nəticələrin hazırlanması.
Biz Sizə təklif edirik:
• Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Karyera inkişafı;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi (iş analizi və iş yükünün ölçülməsi üzrə)” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 15.07.2018