“Collezione Italia” fəaliyyət istiqaməti Avropa mebel brendlərinin və interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Satınalma üzrə menecer” vakansiyası elan edir:
İş barədə məlumat:
• Satınalma və təchizatla bağlı xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması;
• Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
• Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
• Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
• Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.
Vəzifə ilə bağlı tələblər:
• Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
• Ali təhsil;
• Planlama, analiz və idarəetmə bacarığı;
• MS Office (MS Word, MS Excel, MS PowerPoint) və Adobe Photoshop üzrə mükəmməl biliyin olması;
• Xarici ölkələrə ezamiyyələrə hazır olması;
• Yaş həddi: 25-35.
• Cinsi: kişi
Əlavə məlumat
• Əməkhaqqı: 800-1000 AZN və əlavə bonus
• İş saatı: 10:00 – 19:00, altıgünlük
CV-lərinizi [email protected] ünvanına "Satınalma üzrə menecer" başlığı ilə göndərməyiniz xahiş olunur.