Barista

  • Libraff
  • Elanın qoyulma tarixi: 17.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

LİBRAFF MMC-nin nəzdində yeni açılacaq kafe şəbəkəsinə Baristalar tələb olunur

Vəzifə öhdəlikləri:

- Qonaqlara nəzakətlə və keyfiyyətli xidmətin göstərilməsi
- Şirkətin standarlarına uyğun olaraq qəhvə içkilərinin hazırlanması
- Kassa əməliyyatların aparılması
- Kafe və avadanlığın təmizliyin qorunması

Tələblər:

- Məsuliyyət və diqqətcilik
- Ünsiyyət qurma bacarığı və gözəl nitq
- Xidmət sahəsində çalışmaq və inkişaf etmək istəyi
- Barista olaraq ən az 1 il iş təcrübəsi

Əlavə öhdəliklər

- qəhvə qarışıqları haqqında hərtərəfli anlayış: qəhvə növləri, qəhvənin bitdiyi yerlər, qəhvə dənələrinin qovrulma dərəcəsinə görə ətirlər haqqında biliklər
- qəhvə tamının çalarları haqqında biliklər və onları qiymətləndirmək bacarığı
- 40-a qədər qəhvə növü hazırlamaq bacarığı (kapuçino, latte, ristretto və digərləri)
- qəhvə aparatında üyüdülmə dərəcəsi, suyun temperaturu və təzyiqi, bir fincana tələb olunan qəhvə qədəri, sıxlaşdırma gücü və suyun keçmə vaxtını tarazlaşdırmaq bacarığı
- qəhvə köpüyünün üzərində rəsm çəkmək bacarığı
 
E-mail: [email protected]

Qeyd: E-mail göndərərkən mövzu yerində vəzifənin adını qeyd etməyi unutmayın əks halda CV-lərə baxılmayacaq.

site.company_rating