"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan, İngiltərə və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur.
"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Vakansiya: Maliyyə analitiki
Tələblər:
• Maliyyə sahəsində ali təhsil;
• Müvafiq təcrübə (minimum üç illik);
• Büdcələşma və planlama üzrə biliklər;
• Beynəlxalq Maliyyə Hesabatlılğı Standartları (İFRS), ACCA , CIMA CFA üzrə biliklər;
• Müvafiq sertifikatlar üstünlük sayılacaq.
Vəzifələri:
• Təşkilatda maliyyə göstəricilərinin analitikasının aparılması
• Maliyyə resurslarının bölüşdürülməsinə nəzarətin həyata keçirilməsi;
• Maliyyə proqnozlarının hazırlanması;
• Təşkilatda satınalma prosesinin ilkin qiymətləndirilməsinin aparılması;
• Təşkilatın mаliyyə hеsаbаtlarının tərtibi ;
• Maliyyə göstəricilərinin toplanması və analizi.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5 iş günü, 2 gün istirahət
• Karyera inkişafı proqramı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Maliyyə analitiki” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 20.06.2018