İDS-2018 MMC
Mühəndis
İş barədə məlumat
Layihənin işçi cizgilərini hazırlamaq;
Obyektdə ölçmə işlərini aparmaq və onları daha sonra elektron formata keçirmək;
Tikinti sahəsinin hazırlığına nəzarət edilməsi və lazımi təlimatların verilməsi;
Cizgi çəkmə qaydalarına riayət olunması və tələb olunan miqyasa uyğun olaraq eskiz sənədlərin hazırlanması;
Cizgi və digər sənədlər üzərində tələb edilən şərti işarələri və yazıları qeyd etmək;
İş zamanı qəbul edilən layihə həllərini ümumi layihə ilə uzlaşdırmaq;
Bilavasitə rəhbərinin digər xidməti tapşırıqlarını yerinə yetirmək;
Yeni avadanlıqların tərkibini öyrənmək və şirkət daxilindəki satıcılara öyrətmək.
Namizədə tələblər
• Müvafiq sahədə ali təhsil (Tikinti və ya Memarlıq);
• MS Office proqramlarını (Word, Excel, AutoCAD və digər ofis programlarını) əla bilmək, İnternet və email ilə işləmə qabiliyyəti;
• Müvafiq sahədə iş təcrübəsi 1-3 ildən az olmamaq şərtilə (Tikinti şirkətlərində iş təcrübəsinə üstünlük təşkil edəcək) ;
• Azərbaycan, ingilis, türk və rus dillərini yazılı və şifahi sürətdə əla şəkildə bilmək;
• Xarici şirkətlərlə işləməyi bacarmaq eyni zamanda satınalma-təchizat bacarığının olması;
• Cizgi və digər konstruktor sənədləşməsinin tərtibatına dair müvafiq standartları, texniki şərtləri və təlimatları bilmək;
• Müstəqil və qrup daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir neçə işi eyni zamanda aparmaq imkanı (bacarığı);
• İnsanlarla yaxşı münasibətdə olma və ünsiyyət qura bilmə bacarığı
• Kişi namizəd;
• Yaş Həddi - 25 – 35;
• Əmək haqqı – 600 -800 AZN;
• İş saatı - 6 günlük iş rejimi (9.00-19.00), 6-cı gün (10.00-16.00)
Əlaqədar şəxs : Leyla Abdullazadə
Əlaqə telefonu : (012) 404 73 38;
Web Səhifə : www.ids.com.az
Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində mühəndis yazılmaqla göndərmələri xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.