Vəzifə: Pərakəndə Satış Müdiri
Kimə məruzə edir: Departament Direktoruna
VƏZİFƏ BORCLARI:
Pərakəndə Satış Müdiri şöbəsinin strategiyasına və gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir. Bu vəzifədə o, həm də yerli bazarda Şirkətin mövqeyini üstün tutulan bir məkan kimi müəyyən etməkdən ötrü satış, ictimai əlaqələr, gəlirlərin idarəedilməsi strategiyasının planlaşdırılmasına və tətbiqinə cavabdehdir.
• Pərakəndə Satış şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.
• Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq.
• Şirkət üçün bütün satış və marketinq təşəbbüslərini istiqamətləndirmək.
• Seqment fəaliyyəti planlarının işlənib hazırlanmasına göstəriş və istiqamət vermək.
• Aparıcı bazar seqmentlərinin hesab menecmentinə cavabdehlik daşımaq.
• Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək.
• Satışın ümumi mədaxil hədəflərini nəzərdən keçirmək.
• Satış tədbirlərində iştirak etmək.
• Hər hansı həvəsləndirici satış proqramlarını idarə etmək.
• İllik büdcəni təsdiq üçün hazırlamaq və onu maliyyə cəhətdən məsuliyyətlə idarə etmək.
• İstehsalat, inzibati və işçi ehtiyaclarını balanslaşdırmaq.
İXTİSAS TƏLƏBLƏRİ:
• Azərbaycan, İngilis və Rus dillərini (yazılı və şifahi) əla səviyyədə bilmək.
• Microsoft Windows proqramları ilə işləmək bacarığı.
• Ali təhsil.
• Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq.
• Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq.
• Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmaq.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu ([email protected]) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.