Regional Satış Təmsilçisi

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 18.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Regional Satış Təmsilçisi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Pərakəndə satıcılar və distribütorlarla müntəzəm surətdə əlaqələrin saxlanması
• Pərakəndə satıcılar və distribütorların biznes fəaliyyətinin monitorinqi
• Pərakəndə satıcılarla müqavilələrin monitorinqi
• Pərakəndə satıcılarla bağlı risklərin monitorinqi və məlumatın əldə edilməsi
• Bazar araşdırmaları üzrə məlumatların toplanması və hesabat verilməsi
• Məhsullar və xidmətlərin səviyyəsi barədə müntəzəm surətdə rəylərin toplanması
• Bazarın monitorinqi və yeni pərakəndə satıcılar, distribütorlar və müştərilərin cəlb olunması
• Pərakəndə satıcılar və distribütorların diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması
• Potensial müştərilərə yeni məhsullarla bağlı məlumatların verilməsi və həll yollarının bildirilməsi
• NORM-un uğurları və əsas hədəfləri barədə cari və potensial müştərilərin məlumatlandırılması
• Korporativ müştərilərlə müntəzəm surətdə əlaqələrin saxlanması
• Korporativ müştərilərin biznes fəaliyyətinin monitorinqi
• Müştəri kreditlərinin risklərinin monitorinqi və məlumatların əldə edilməsi
• Müştərilərlə müqavilələrin monitorinqi
• Bazarın monitorinqi və yeni korporativ müştərilərin cəlb edilməsi
• Müştərilərin diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması
• Yeni müştərilərin cəlb edilməsi 
• Korporativ müştərilərə yeni məhsulların və həll yollarının təqdim edilməsi
• NORM-un uğurları və əsas hədəfləri barədə cari və potensial müştərilərin məlumatlandırılması

Tələblər:

• Ali təhsil, İqtisadiyyat/Marketinq sahələrinə üstünlük verilir
• Satış,ünsiyyət və təqdimat üzrə səriştə və bacarıqlar
• 3+ il iş toplam iş təcrübəsi, 2+ il əlaqədar sahə üzrə iş təcrübəsi
• MS Office üzrə iş bacarığı
• Azərbaycan, ingilis və rus dillərini səlis bilmək

Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30/04/2018

site.company_rating