Baş mühəndis (Fasad sistemləri üzrə)
Namizədə dair tələblər:
• Sərbəst Azərbaycan dili
• İngilis dili (arzu olunandır)
• Rus dili
• MS Office, Autocad
• Minimum 3 il Fasad sistemləri istehsalı sahəsində əmək fəaliyyəti olmalı
• Texniki ali təhsil (İnşaat və Memarlıq arzu olunandır)
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• Fasad sistemləri istehsalı texnologiyasını, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunandır.
Vəzifələr:
Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasına nəzarət edir.
Müəssisə tərəfindən hazırlanmış yaxud kənar müəssisədən təklif olunan layihələri yoxlayaraq münasibət bildirmək.
İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir.
Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir.;
Müştərilərin qəbulu və lazımi qeydlərin aparılmasını və təkliflərin verilməsini həyata keçirir;
Müştəri əlaqələrinin inkişaf etdirilməsi, satış qiymətinin rəhbərliklə razılaşılması və ödəmə şərtlərinin müəyyənləşdirilməsini həyata keçirir;
Gündəlik, aylıq və illik hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etməsi
Gələn satış tələblərinə və potensial müştərilərə qiymət təklifinin verməsi, verilən təkliflərin nəticələrinə nəzarət edilməsi:
Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin edir.
Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
Montaj işləri zamanı topoqraf işlərinin görülməsi, ölçülərin yoxlanılması, teodalitlə işləmə baçarığı:
Görülmüş işlər haqqında qarşılıqlı aktların hazırlanması
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı
Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Baş mühəndis (Fasad sistemləri üzrə) yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.