Layihə koordinatoru (Fasad sistemləri üzrə)
Namizədə dair tələblər:
• Sərbəst Azərbaycan dili
• İngilis dili (arzu olunandır)
• Rus dili
• MS Office, Autocad
• Minimum 1 il Fasad sistemləri istehsalı və montajı sahəsində əmək fəaliyyəti olmalı
• Texniki ali təhsil (İnşaat və Memarlıq arzu olunandır)
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• Fasad sistemləri istehsalı texnologiyasını, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunandır.
Vəzifələr:
Layihənin istehsal olunaraq tam şəkildə quraşdırılıb təhvil verilməsinə rəhbərlik edir və məsuliyyət daşımalı.
Müəssisə ilə Sifarişçi arasında bağlanmış Müqavilə, müqavilənin əlavələri və müqavilənin qaydalarının tam şəkildə yerinə yetirilməsini təmin edir:
Layihənin strukturunu, iş qrafikini, keyfiyyətə nəzarət sxemini hazırlanmasını təşkil edir və icrasını təmin etməli.
Sifarişçi ilə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasını, eskiz, texniki və işçi layihələrinin müvafiq qaydada hazırlanması, təklif verilməsini və çatışmamazlıqların müzakirəsini rəhbərliklə razılaşdırılmasını təmin etməli.
Sifarişçinin tələb etdiyi bütün sənəd (təsis sənədləri, lisenziya, müqavilələr və s.), sertifikat və hesabatların vaxtında və keyfiyyətli göndərilməsini təmin etməli.
Subpodratçı şirkətlər Layihənin icrasını yerinə yetirdikləri zaman onların araşdırılması, onlarla müqavilələrin hazırlanması və onların işlərinə nəzarətin edilməsini təmin etməli.
Layihəyə uyğun olaraq Fasad sistemlərinin quraşdırılmasını, sifarişçilərlə birlikdə Layihə üzrə texniki tapşırıqların yerinə yetirilməsini təşkil etməli.
Layihənin maliyyə vəsaitinin təyinatı üzrə və səmərəli yönləndirilməsini təşkil etməli və məsuliyyət daşımalı.
Layihənin bütün maddi-texniki təchizatının vaxtında və keyfiyyətlə aparılmasına rəhbərlik etməli və məsuliyyət daşımalı.
Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etməli.
Gündəlik, aylıq və illik hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etməli
Montaj işləri zamanı topoqraf işlərinin görülməsi, ölçülərin yoxlanılması təşkil etməli:
Görülmüş işlər haqqında qarşılıqlı aktların hazırlanmasını təmin etməli
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı
Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Layihə koordinatoru (Fasad sistemləri üzrə) yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.