Norm Sement zavodu
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Ofis işləri üzrə köməkçi tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
• Şirkətə gələn ziyarətçi və qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
• Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
• Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması;
• Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi;
• Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi;
• Faxların göndərilməsi;
• Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması;
• Giriş-çıxış kartlarının sifarişi, qeydiyyatı və işçilərə təhvili;
• Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi;
• Printer, skaner, fax və digər ofis avadanlıqlarına mütəmadi nəzarət;
• Yeməkxana kartlarının paylanması
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
Tələblər:
• Ali və ya orta peşə məktəbi.
• Katibəlik kursları
• Müştəriyönümlülük;
• Davamlı inkişaf;
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
• Keyfiyyət yönümlülük;
• Konfliktlərin idarəolunması;
• Stressin idarə olunması.
İş təcrübəsi:
• 0-2 il iş təcrübəsi
Dil və İT bilikləri:
• İngilis dili;
• MS Office komputer proqramları üzrə bacarıqlar.
Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30/04/2017