Satış üzrə mütəxəssis (Mərmər-Qranit)

İşin təsviri

Satış üzrə mütəxəssis (Mərmər-Qranit)

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• İngilis dili (arzu olunandı)
• Rus dili
• MS Office,
• Minimum 3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı (Mərmər Qranit istehsalı sahəsində işləyənlərə üztünlük verilir)
• Ali təhsil 
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• Mərmər istehsalatın texnologiyasını, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunur.
• Sürücülük vəsiqəsi (B)

Vəzifələr:

 Müştərilərə istehsal olunan məhsulların satışını təşkil edir;
 Satış hədəflərini və kanallarını müəyyənləşdirir;
 Mərmər Qranit istehsal edən və satışı ilə məşqul olan rəqib müəssisələr, bazar payları, potensial müştərilər, məhsul və xidmətlər haqqında mütəmadi məlumat toplayır;
 Telefon və digər kommunikasiya vasitələri ilə müştərilərlə əlaqə qurur, görüşmə vaxtını təyin edir;
 Müştərilərin qəbulu və lazımi qeydlərin aparılmasını (sistemə işlənməsi) həyata keçirir;
 İstehsal olunan məhsullar barədə təqdimatlar hazırlayır və potensial müştərilərə nümayiş edir;
 Satış qiymətinin razılaşılması və ödəmə şərtlərinin müəyyənləşdirilməsini həyata keçirir;
 Görüşmə satış ilə nəticələnəcəyi təqdirdə müştəri ilə birlikdə sifariş formasının doldurulması
 Müştəri əlaqələrinin inkişaf etdirilməsi.
 Zavodun ölkə daxili bazar payının qorunması və artırılması ilə bağlı işlərin görülməsi
 Satış fəaliyyətləri ilə bağlı risk analizlərini aparmaq və satışları istiqamətləndirmək.
 Gündəlik, aylıq və illik satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etməsi
 Gələn satış tələblərinə və potensial müştərilərə qiymət təklifinin verməsi, verilən təkliflərin nəticələrinə nəzarət edilməsi
 Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
 Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
 Satış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı + bonus

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Satış üzrə mütəxəssis (Mərmər-Qranit) yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən digər vakansiyalar