Baş aşbaz
İş barədə tələblər
- Menyunun hazırlanması
- Ərzaq xidməti işinin əlaqələndirilməsi, təşkil edilməsi və hazırlanması
- Hazırlanan yeməklər üçün tələb olunan inqrediyentləri hesablamaq
- İnqrediyentlərin əvvəlcədən hazırlanması (məsələn, tərəvəzlərin təmizlənməsi və doğranması)
- Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək
- Mətbəx işçilərinin işini əlaqələndirmək
- Yeməyin hazırlandığı sahəni, bişirmə ərazisini və alətləri təmizləmək
- Digər tələb olunan işlərin yerinə yetirilməsi
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
Namizəd barədə tələblər
Ümumi tələblər
- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
- Cinsi - Kişi və ya qadın
- Yaş həddi 35-55
Bilik və təcrübə
- Dil bilikləri: Azərbaycan dili səlis
- İş təcrübəsi: 5-10 il
- Menyuya daxil olan qidaları planlaşdırmaq, seçmək və təşkil etmək
- Təsərrüfatı, müəssisənin profilini, yeməyin çeşidini, qidalıq dərəcəsini və estetik görünüşünü nəzərə almaqla gələcək menyular ilə bağlı təkliflər vermək
- Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq
- Bərabər bişmə prosesini təmin etmək üçün ərzağı çevirmək və ya yerini dəyişmək
- Bişirmə üçün nəzərdə tutulan ərzaqları kəsmək və hazırlamaq
Bacarıq
- 200-300 nəfərlik işçi heyyətinə nahar yeməyinin verilməsini təmin etmək
- İş saatlarında çeviklik
- Təzyiq altında işləmək
- Sadə mexaniki cizgiləri başa düşmək
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək
- Mətbəx heyyətini idarə etmək
- Şifahi və yazılı təlimatları başa düşmək və riayət etmək
CVlər [email protected] və [email protected] ünvanına göndərilsin.