1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks Şirkətlər Qrupu bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Qrup dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Hal hazırda Sinteks Şirkətlər Qrupuna Təftiş üzrə kiçik mütəxəssis (Pərakəndə satış sektoru) tələb olunur.
Vəzifə öhdəlikləri:
• Mağazalarda təftişlərin həyata keçirilməsində iştirak etmək
• Təftiş zamanı malların skaner vasitəsi ilə qeydə almaq və nəticələri birbaşa rəhbərinə təqdim etmək
• Şirkət tərəfindən idarəçiliyinə qəbul olunan yeni ticarət obyektlərində malların sayılmasında və qeydiyyata alınmasında iştirak etmək
• Təftiş zamanı malların tamlığını və saxta olub-olmamasını yoxlamaq
• Qüsurlu malları aşkar etmək
• Təftiş zamanı ştrixkodsuz malları aşkar etmək, qrup rəhbərləri tərəfindən bərpa olunmuş ştrixkodları malların üzərinə yapışdırmaq
• Malları çeşid səhvi üzrə yoxlamaq və aşkar olunmuş nöqsanlar barədə qrup rəhbərinə məlumat vermək
• Gördüyü işlər barədə birbaşa rəhbərə hesabat vermək
Namizədə qoyulan tələblər:
• Pərakəndə satış sahəsində azı 1 il iş təcrübəsi (Xəzinədar, anbardar vəzifələrində);
• Təftiş sahəsində iş təcrübəsinin olması üstünlükdür
• Dil bilikləri: Rus və Azərbaycan
• Skaner qurğusu ilə işləmək bacarığı
• Ali təhsil (Riyazi və ya iqtisadi təhsilli namizədlərə üstünlük verilir)
• Stressə və təzyiqə davamlılıq
• İş prosesində hər bir detala diqqət yetirmək
• Dürüstlük və məsuliyyətlilik
• Analitik düşünmək bacarığı
• Gecə təftişlərində iştirak etməyə hazır olmaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Təftiş üzrə kiçik mütəxəssis (Pərakəndə satış sektoru)” qeyd etmələri xahiş olunur.