KN/KZ üzrə İnşaat Mühəndisi

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 25.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə KN/KZ üzrə İnşaat Mühəndisi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Müqavilə üzrə Ərazidə və ərazidən kənar  aparılan bütün işlərə görə təsvirlərdə  və spesifikasiyalarda tələb olunan tikinti keyfiyyətinə nail olmaq üçün lazım olan miqyaslı və xarakterli bütün gündəlik yoxlama və testləri həyata keçirilməsi.
• Ərazidə keyfiyyəti ilə əlaqədar  bütün prosedurların  təsdiq edilmiş metodologiya və təftiş planına müvafiq şəkildə yoxlanılması və yerinə  yetirilməsi
• Uyğunsuzluq hesabatının bağlanması da daxil olmaqla yoxlama və keyfiyyət problemləri ilə bağlı toplantı üzrə Məsləhətçinin nümayəndəsi ilə uzlaşmaq
• Sertifikatlar, kalibrləmə, test nəticələri, yoxlama istəkləri, uyğunsuzluq hesabatları və ərazi təlimatı / müşahidələri, təslim edilmiş daimi materiallar  və  digər KN / KZ sənədləri daxil olmaqla, bütün layihənin KN / KZ sənədlərinə nəzarət etmək. Uyğunsuzluq, NCR və Ərazi  Təlimatının bağlanmasına görə məsuliyyət daşımaq
• Həyata keçiriən bütün işlərin keyfiyyətinə  peşəkarlığına  görə məsuliyyət daşımaq ; mülki, memarlıq və struktur intizamla əlaqəli müasir mühəndislik quruluşunun bütün mərhələləri üzrə mükəmməl  ətraflı biliklərə sahib olmaq
• Layihənin spesifikasiyasına əsasən risk qiymətləndirilməsi ,əməyin  təhlükəsizliyi üzrə ətraf mühitin təhlili və Təftiş Testi Planı və Yoxlanma siyahsı daxil olmaqla fəaliyyət metodunun hazırlanması.
• Ərazidə  RQP-Layihə Keyfiyyət Planına əsasən qabaqcadan təyin olunmuş zamanda  daxili audit keçirilməsi.
• Məsləhətçiyə material təslimatı  ilə əlaqədar Texniki Mühəndislə əlaqə saxlanılması
• Lazımi KN / KZ prosedurlarını hazırlanması

Tələblər:

• Tikinti və inşaat sahəsində ali təhsil
• Əlaqədar sahədə 5 ildən çox iş təcrübəsi
• İngilis dili
• MS Office programları

Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15.03.2018

site.company_rating