Tender üzrə Mütəxəssis

İşin təsviri

Tender üzrə Mütəxəssis

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• İngilis dili
• Rus dili
• MS Office,
• Minimum 3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı (istehsalat sahəsində işləyənlərə üztünlük verilir)
• Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil 
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• İstehsalatın texnologiyasını, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunur.

Vəzifələr:

• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəmiyyətin və onun balansında olan müəssisələrin ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender komissiyasının işini təşkil etmək, o cümlədən komissiyanın qərarına əsasən dəvət məktublarını tərtib etmək, malgöndərənlərə (podratçılara) dəvət məktubları göndərmək, keçirilən tenderlə bağlı malgöndərənlərin (podratçıların) suallarına cavablandırmaq və ya sualları aidiyyəti şəxslərə çatdırmaq;
• Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
• Daxil olmuş tender təkliflərinin, ofertaların və kotirovkaların qeydiyyatını aparmaq, onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
• Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
• Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
• Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
• Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
• Tender prosesində şirkətin təmsil olunması;
• Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
• Təkliflərin toplanması prosesinin idarə olunması;
• Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
• Tender təkliflərini təhlil etmək; ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
• Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı

E-mail: [email protected]

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən digər vakansiyalar