Satınalma Mütəxəssisi

İşin təsviri

Satınalma Mütəxəssisi

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• İngilis dili bilməsi arzu olunandır
• Rus dili
• MS Office, LOGO proqramlarında işləmə bacarığı arzu olunandı
• Minimum 3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı (istehsalat sahəsində işləyənlərə üztünlük verilir)
• Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil 
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək

Vəzifələr:

 Tələb olunan mal və materiallar üçün qiymət araşdırmasının aparılması və tələb olunan mal və materiallar üçün istər ölkə daxilində istərsə də ölkə xaricində uyğun satıcının tapılması;
 Kritik stokları müəyyənləşdirilmiş məmulatların təyin edilmiş say səviyyəsinin saxlanılmasını təmin etmək;
 Etibarlı təchizatçıların müəyyənləşdirilməsi.
 Alınmış məmulatların keyfiyyət və logistika məsələlərinin həll edilməsinə dəstək olmaq;
 Qiymət və maliyyə analizlərini həyata keçirmək;
 Mal və materialın alışı üçün müqavilə şərtlərini müəyyən etmək və izləmək:
 Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq və sistemə daxil etmək;
 Təchizatçılar və satınalmalar barədə məlumatları hazırlamaq və sistemə daxil etmək;
 Sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
 Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
 Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
 Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək;
 Satınalma üzrə bütün məlumatların kağız nüsxəsini təhlükəsiz yerdə saxlamaq;
 Təsərrüfat sübyektinin uçot siyasəti və prosedurlarına uyğun olaraq xərclərin razılaşdırılmış çərçivədə istifadəsini təmin etmək;
 Satınalma ilə əlaqədar hesabatları hazırlamaq və İSO keyfiyyət sisteminin tələblərinə uyğun işləmək;
 Hesabatlar hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı

E-mail: [email protected]

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən digər vakansiyalar