MÜHASİB
• Sərbəst Azərbaycan dili
• İngilis dili
• Rus dili
• MS Office, LOGO proqramlarında mükəmməl işləmə bacarığı
• Minimum 3 il əmək fəaliyyəti olmalı
• Xanım namizətlərə üstünlük verilir
Vəzifələr:
• Təsərrüfat sübyektinin maliyyə ehtiyaclarını müəyyən etmək;
• İşin tələblərinə əsasən gündəlik fəaliyyətləri planlaşdırmaq;
• Avtomalaşdırılmış mühasibatlıq sistemlərinin seçilməsi və istifadəsi;
• Təsərrüfat sübyektinin tələblərinə əsasən mühasibat uçotunun hesablar planını hazırlamaq;
• Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq və daxil etmək;
• Təchizatçılar və satınalmalar barədə məlumatları hazırlamaq və daxil etmək;
• İnventarizasiya ilə əlaqədar məlumatları hazırlamaq və daxil etmək;
• Əmək haqqı, müavinət, ezamiyyə, vergi, sığorta və digər ödənişlər ilə əlaqədar məlumatları hazırlamaq və daxil etmək;
• Müvafiq məhsullar, xidmətlər və təşkilati bölmələr üzrə xərcləri bölüşdürmək, hesablamaların düzgün və təşkilatın prosedurlarına uyğun aparılmasını təmin etmək üçün məlumatları yoxlamaq;
• Gəlir və xərcləri əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
• Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
• Sifarişçilər tərəfindən edilmiş ödənişlərin qeydiyyatını aparmaq və müştərilər ilə əlaqədar məlumatları yeniləmək;
• Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
• Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr, eləcə də sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olma halları üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
• Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək;
• Mühasibatlıq ilə əlaqədar məlumatları kompüterdə və ehtiyat nüsxəni isə digər elektron vasitələrdə (sərt disk, yaddaş kartı və s.) saxlamaq;
• Mühasibatlıq üzrə bütün məlumatların kağız nüsxəsini təhlükəsiz yerdə saxlamaq;
• Mühasibat uçotunu və dövlət orqanlarına maliyyə hesabatlarını hazırlamaq, hesabatlıq və prosedur normalarına düzgün, tam və uyğun olmasını qiymətləndirmək üçün yoxlamaq;
• Hesablar üzrə məlumatlardan istifadə etməklə maliyyə əməliyyatlarını sənədləşdirmək;
• Toplanmış məlumatlar əsasında mövcud maliyyə vəziyyətini öyrənmək, balans, mənfəət və zərər haqqında hesabat, o cümlədən digər hesabatları hazırlamaq;
• Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
• Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
• Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək;
• Gəlir və xərclər üzrə tendensiyalar, habelə maliyyə öhdəlikləri üzrə məsləhət vermək;
• Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
• Təsərrüfat sübyektini sifarişçilər və dövlət orqanları (vergi, sosial müdafiə, statistika və s.) qarşısında təmsil etmək, maliyyə məsələləri ilə əlaqədar arbitraj (məhkəmə) çəkişmələri zamanı yardım göstərmək;
• Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq;
• Hesablanmış vergilərin və sığorta haqlarının vaxtında ödənilməsini təmin etmək.
• Büdcələr (smetalar) üzrə gəlir və xərcləri yoxlamaq;
• Bank ilə bağlı əməliyyatları (ödəniş tapşırığı, çek əsasında vəsaitin nağdlaşdırılması, elektron bankçılıq və s.) yerinə yetirmək;
• Təsərrüfat sübyektinin uçot siyasəti və prosedurlarına uyğun olaraq xərclərin razılaşdırılmış çərçivədə istifadəsini təmin etmək;
• Büdcədən kənarlaşma baş verdikdə müvafiq şəxsləri məlumatlandırmaq, düzəlişlər üçün təkliflər hazırlamaq və həyata keçirmək;
• Xərclənməmiş pul vəsaitlərinin uçot siyasətinə uyğun idarə edilməsini təmin etmək;
• Təsərrüfat sübyektinin büdcəsinin (smetasının) və uçot siyasətinin hazırlanmasında iştirak etmək;
• Hesabatlar hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
• Cari maliyyə-mühasibat hesabatlarını hazırlamaq, aidiyyəti üzrə təqdim etmək və şərhlər vermək;
• Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
• Audit (daxili və ya xarici) hesabatlarında aşkarlanmış xətaları müvafiq şəxs ilə müzakirə etmək və aradan qaldırmaq.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə
Həftəlik 6 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı
Əlaqə vasitəsi: [email protected]
Qeyd: Yüksək səviyyədə Logo Unity proqramında işləmək bacarığı vacibdir.