Marketinq üzrə mütəxəssis

İşin təsviri

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  Marketinq üzrə mütəxəssis  

Tələblər:

• Müvafiq sahədə iş təcrübəsi (minimum 2 il)
*Mebel və elektronika, mobil telefonlar üzrə təcrübənin olması üstünlükdür.
• Azərbaycan, rus, ingilis dillərini səlist bilməlidir.
• Microsoft Office proqramları (MS Word, Excel)

Əsas vəzifələr:

- Şirkətin strateji məqsədlərinə uyğun fəaliyyət planları hazırlamaq;
- Partnyor, yerli və xarici şirkətlərlə yazışmalar, ümumi marketinq tədbirlərinin təşkili və planlaması işini həyata keçirmək;
- Bazar araşdırmalarını etmək;
- Kompaniyalar barədə təkliflərin hazırlanması (kreativlik) və nəzarət;
- Periodik görülən işlər və marketinq büdcəsi ilə bağlı hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5  iş günü, 2  gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Marketinq üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 20.02.2018

site.company_rating