Mağaza Meneceri (Pərakəndə satış sektoru)

İşin təsviri

SSİ Retail Azərbaycanın ən uğurlu pərakəndə satış  şirkətlərindən biri olub- Mango, New Yorker, Next və celio  brendlərini ölkəmizdə təmsil edir. Şirkət Bakı şəhərində 12 mağazaya rəhbərlik edir.

Hal hazırda SSI Retail şirkətinə Mağaza Meneceri (Pərakəndə satış sektoru) tələb olunur.

Vəzifə öhdəlikləri (Sadəcə bunlarla məhdudlaşmır):

• Satış planı qurmaq və həyata keçirilməsinə nəzarət etmək
• Mağazadaxili bütün işləri tənzimləmək və icrasını təmin etmək
• Müştəri məmnuniyyətini təmin etmək
• Mağazadaxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət etmək
• İşçi heyətini motivasiya etmək, təlim keçmək, satış prinsipləri ilə tanış etmək
• Günlük, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
• Rəhbərlik tərəfindən qoyulan tapşırıqları düzgün və vaxtında yerinə yetirmək

Namizədə qoyulan  tələblər:

• Yaş həddi: 30-40
• Geyim sahəsində Menecer və ya Menecerin köməkçisi vəzifəsi üzrə  2 ildən az olmayan iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili -əla
• Kompüter bilikləri: Microsoft Office
• Ünsiyyətcillik və liderlik bacarığı
• Dürüstlük və məsuliyyətlilik

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] - e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mağaza meneceri (Pərakəndə satış sektoru)” qeyd etmələri xahiş olunur.

site.company_rating