Mexanik (Sumqayıt)
Vəzifə öhdəlikləri:
- İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması
- Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi
- Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi
- Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
- Müvafiq sənədləşmə işlərinin aparılması
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatların hazırlanıb təqdim edilməsi
- Müvafiq hesablamaların aparılması (işin həcmi, istifadə materialları, işçi qüvvəsi)
Tələblər:
- İxtisası üzrə ali təhsil
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- Yaş həddi: 28 – 50
- Azərbaycan dili və rus dili biliyi vacibdir, ingilis dili arzuolunandır
- MS Office proqramlarını bilməli
- Diqqətli, məsuliyyətli olmalı, komandada işləməyi bacarmalı
İş şəraiti:
- Növbəli iş rejimi.
- İş yeri Sumqayıt şəhərində yerləşir.
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər.
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır.
Əmək haqqı razılaşma yolu ilə.
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.
Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.