HR Manager

İşin təsviri

DA şirkətlər qrupu

Vəzifə: Insan Resursları üzrə Menecer – İRM

- Yaş: 25-40
- İş vaxtı saat 09:00-18:00
- İş günləri həftənin 1-6-cı günləri
- Əmək haqqı 1000-1500 manat (təcrübəyə görə dəyişir)

İş barədə məlumat:

- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- Kadr tələbinin planlaşdırılması;
- Vəzifə təlimatlarının hazırlanması;
- Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
- Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
- İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
- Kadr bazasının yaradılması;
- Şirkət daxili prosedurların hazırlanması;
- İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
- Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi; 
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Sosial müavinətlərin hesablanması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin davamiyyət uçotunun aparılaması;
- İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;

Tələblər:

AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; 
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
Menecment, psixologiya, hüquq və ya insan resursları sahəsində ali təhsil;
Azərbaycan, rus və ingilis dillərini bilməli;
MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (şəkil yerləşdirilmiş) 10 fevral 2018-ci il tarixinədək [email protected]  elektron poçt ünvanına mövzu hissəsində “Insan Resursları üzrə Menecer – İRM” qeyd etməklə göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız tələblərə uyğun olaraq seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkətimiz özünün insan resursları siyasətinə əsasən müraciət edən namizədlərə bərabər seçim imkanları yaradır. Belə ki, vakansiya tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, baxışlarına, sosial-iqtisadi durumuna və ailə  vəziyyətinə görə fərqləndirilmədən nəzərdən keçiriləcəkdir.

DA Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar