Pambıqçılığın müxtəlif sahələri üzrə Mütəxəssislər
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə Səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və 14 dekabr 2017-ci il ildən fəaliyyətə başlamışdır. Cəmiyyətin fəaliyyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrinin yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.
“ASK” ASC ölkədə pambıqçılığı inkişaf etdirmək, pambıq istehsalı ilə emalı arasında münasibətləri bazar iqtisadiyyatına uyğun tənzimləmək, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətini yüksəltmək, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaq məqsədi ilə Pambıqçılığın müxtəlif sahələri üzrə mütəxəssislər vakansiyası elan edir.
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil
• İş təcrübəsi – ən azı 5 il
• Dil bilikləri- azərbaycan dili (əla), rus və ingilis dillərinin bilməsi üstünlük təşkil edir.
• Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi.
Əsas vəzifə öhdəlikləri:
• Pambıq və pambıq məhsullarının istehsalına, emalına və dövriyyəsinə dair texniki normativlər qəbul etmək;
• Pambıq məhsullarının yetişdirilməsi sahəsində qabaqcıl dünya praktikası və Azərbaycan Respublikasının əvvəlki təcrübələrinin təhlili və tətdbiqi bacarıqları;
• Pambıq məhsullarının yetişdirilməsi istiqamətində pambıq və pambıq məhsulları bazarını öyrənmək , proqnoz-planlaşdırılması və səmərəli təkliflərin verilməsi;
• Əkin sahələrinin və toxum nümunələrinin (yerli iqlimə uyğun və məhsuldarlığı ilə seçilənlər olmaqla) seçilməsi, torpaq sahəsinin əkinə hazır olması vaxtı, əkinin aparılması qaydaları, istifadə olunan texnoloji prosesləri və texnikalara dair biliklərə malik olmaq;
• Pambıq və pambıq məhsulları keyfiyyət və qrupu üzrə ayırmaq bacarıqları;
• Qanunvericiliyə uyğun olaraq toxumluq pambıq istehsalına, emalına və toxumun dövriyyəsinə nəzarət etmək;
İş şəraiti:
İş qrafiki: l-V
İstirahət günləri: şənbə və bazar
Müraciət üçün:
Telefon: (+994012) 5059512
CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.
Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Sənədlərin son qəbul tarixi: 19.02.2018.