"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə " Optimal Elektronika " Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
"Optimal Elektronika"MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Marketinq üzrə Mütəxəssis
Tələblər:
• Müvafiq sahədə iş təcrübəsi (minimum 2 il)
*Mebel və elektronika, mobil telefonlar üzrə təcrübənin olması üstünlükdür.
• Azərbaycan, rus, ingilis dillərini səlist bilməlidir.
• Microsoft Office proqramları (MS Word, Excel)
Əsas vəzifələr:
- Şirkətin strateji məqsədlərinə uyğun fəaliyyət planları hazırlamaq;
- Partnyor, yerli və xarici şirkətlərlə yazışmalar, ümumi marketinq tədbirlərinin təşkili və planlaması işini həyata keçirmək;
- Bazar araşdırmalarını etmək;
- Kompaniyalar barədə təkliflərin hazırlanması (kreativlik) və nəzarət;
- Periodik görülən işlər və marketinq büdcəsi ilə bağlı hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5 iş günü, 2 gün istirahət
• Karyera yüksəlişi imkanı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketinq üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 18.02.2018