AQRONOM
Tələblər:
Soya və ya qarğıdalı məhsullarının yetişdirilməsi üzrə iş təcrübəsinə malik olmaq;
Soya və ya qarğıdalı məhsullarının yetişdirilməsi barədə texnoloji proseslər barədə biliklərə sahib olmaq;
Aqronom işi üzrə ən azı 2 il iş təcrübəsi;
Yaşı həddi 45;
İdarəçilik qabiliyyətinə malik olmaq;
Xarici və yerli kənd təsərrüfatı texnikasının (avtomoatik və qoşqulu), həmçinin, torpağın becərilməsi və gübrələnməsi üçün istifadə edilən texnikaların, səpici maşınların işinin təşkil edilməsilə bağlı biliklərə və təcrübəyə malik olmaq;
Çiləyici texnikaların və biçin texnikasının quruluşunu bilməsi, kənd təsərrüfatı texnikasını sazlamaq barədə biliklərə və bacarıqlara sahib olmaq;
Avtomobil idarə edilməsilə bağlı “B” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaq;
Yerinə yetirəcəyi işlər:
Müəssidə əvvəlcədən hazırlanmış bitki yetişdirilməsi texnoloji prosesləri üzrə işi icra etmək;
Müəssisənin əkin sahələrində texnoloji prosesin mütəmadi olaraq aparılması, bütün texnoloji əməliyyatlara nəzarət etmək və dəstək olmaq;
Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və inkişafına mütəmadi olaraq nəzarət etmək;
Müəssisədə toxumçuluğun planlaşdırılması və bu prosesin idarə etmək;
Görülən işlər barədə hesabatların və iş planlarının tərtib etmək;
İş səraiti:
Yaşayış yeri, avtomaşın, mobil telefonla danışıq xərcləri Müəssisə tərəfindən təmin olunur.
Bütün regionlardan olan namizədlər tərəfindən göndərilən CV-lərə baxılacaqdır.
Əmək haqqı – əmək bazarında bu işə görə təklif edilən əmək haqqı məbləği ilə müqayisədə daha da yüksək.
Yalnız foto şəkili olan CV-lərə baxılaçaq.
Əlaqələndirici şəxs: Vüqar Baloğlanov
email [email protected]