Daxili Audit üzrə Baş Mütəxəssis

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 14.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PAŞA Sığorta” ASC namizədləri Daxili Audit Xidmətində Daxili Audit üzrə Baş Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Daxili audit yoxlamasını “PAŞA Sığorta” ASC-nin Daxili Audit Təlimatına və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• Risklərin qiymətləndirilməsi əsasında DAX-nın illik planının hazırlanmasında iştirak;
• Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında DAX-nın rəhbərinə məruzə edilməsi;
• Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
• Bütün DAX yoxlama hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
• DAX tövsiyələrinə cavab olaraq Paşa Sığorta rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;
• Paşa Sığortanın, həmçinin onun struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət edilməsi;
• Paşa Sığortanın maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
• DAX-nin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.

BİLİKLƏR

• Ali təhsil.

TƏCRÜBƏ

• Maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il iş təcrübəsi;

BACARIQLAR

• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmaq;
• Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
• Müstəqilliyini qorumaq qabiliyyəti;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyləri hazırlama və yazma bacarığı.

Son müraciət tarixi: 25 dekabr, 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.