Filial Müdiri

  • Barattson
  • Elanın qoyulma tarixi: 13.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson “Filial Müdiri” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

- Filial hədəflərinin və şirkətin strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərinin ən təsirli və məhsuldar şəkildə həyata keçirtmək;
- Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
- Tədris sahəsi üzrə bazarın və rəqabətin araşdırmasınnı aparılmasını təmin etmək;
- Filial xidmətlərinin satışı üçün təhsil ocaqları və şirkətlərlə əlaqə yaratmaq;
- Filialın rentabelli fəaliyyət göstərməsini təmin etmək və xərclərə nəzarət etmək;
- Müəllimlərin fəaliyyətinə, davamiyyətinə nəzarət, onların ödənişlərini təsdiq etmək;
- Müəllim və işçi seçimində yaxından iştirak etmək;
- Filial işçilərinin gündəlik olaraq iş fəaliyyətinə, davamiyyətinə nəzarət etmək;
- İşçilərin fəaliyyətlərini qiymətləndirmək və motivasiya etmək;
- Rəhbərlik tərəfindən qoyulan digər tələb və tapşırıqları yerinə yetirmək.

Əsas tələblər:

- Ali Təhsil (xaricdə təhsil almış və Magistr dərəcəsi olanlara üstünlük veriləcəkdir);
- Filial müdiri və ya digər rəhbər vəzifəsində ən azı 2 il iş təcrübəsi (təhsil sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl); İngilis və Rus dilləri (bilməsi üstünlükdür);
- Kompyuter bilikləri:  MS Office proqramı (Word, Excel, Power Point) peşəkar səviyyədə.

Şəxsi keyfiyyətlər:

- Ünsiyyət və münasibət yaratmaq bacarığı;
- Liderlik, təşkilatçılıq və idarəetmə qabiliyyəti;
- Analitik düşüncə və  hesabat yazma qabiliyyəti;
- Sürətlə inkişaf edən şirkətdə təyziq altında işləmək bacarığı;
- Yenilikçi və daim özünü təkmilləşdirən olmalı;
- Təşkilati dəyərlərə loyal olmalı.

İş qrafiki : 6 iş günü

Əmək haqqı:  razılaşma yolu ilə.

Namizədlərdən CV formaların  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı Filial Müdiri qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-in son göndərilmə tarixi: 29 Dekabr 2017 cil il.

site.company_rating