Risklərin təhlili şöbəsinin Mütəxəssisi, Aparıcı Mütəxəssisi, Baş Mütəxəssisi

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 11.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Risklərin təhlili şöbəsinin Mütəxəssisi, Aparıcı Mütəxəssisi, Baş Mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, riyaziyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
• Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə azı 1 il təcrübə;
• MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri və bu imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək.

İŞİN TƏSVİRİ:

• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Kredit və bazar risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
• Risk limitlərinin təyin olunması və limitlərə nəzarət;
• Vintaj, PD, LGD modellərinin qurulması və yenilənməsi;
• Stress-testlərin keçirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected] electron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix - 15 yanvar 2018-ci il.