İnşaat Mühəndisi
Tələb olunan iş Bacarığı:
- Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmək.
- Layihədə olan uyğunsuzluqların müəyyən edilməsi və müvafiq həll variantının verilməsi.
- Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
- İş qrafikinin tərtib edilməsi.
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- İş Metodunun hazırlanması.
- İşlərin İcra Aktlarının hazırlanması.
- İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edilməsi.
- Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkili.
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilmək.
- Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s; Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkili.
- Obyektdə iş qrafiki və İş metoduna uyğun Tikinti Quraşdırma İşlərinin təşkil edilməsi.
Tələb olunan təhsil və biliklər:
- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İnşaat mühəndisi olaraq Beynəlxalq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir)
- Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD )
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-50 AZN
- Əmək haqqı 800-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını [email protected] ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnşaat mühəndisi) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.