Vakansiya: Direktor Assistenti
Namizədə tələblər:
- Ali təhsil;
- Məntiqi düşünmə bacarığı, ünsiyyət yaratmaq bacarığı, kommunikativ, dürüst, məsuliyyətli, işində və davranışında lakonik və ciddi olmalıdır;
- Azərbaycan və Rus dilini mükəmməl bilməlidir (İngilis dili arzuolunandır);
- Microsoft office istifadə bacarığı;
- İş təcrübəsi: Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi
- Cinsi: qadın;
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Rəhbərin iş qrafikinə uyğun iş planını hazırlamaq;
- Kargüzarlıq işləri;
- Ofis daxili sifarişlər;
- Görüşlərin təşkili;
- Email və telefon cavablandırılması;
- Rəhbərliyin digər göstərişlərini icra etmək.
Müraciət üçün:
Müraciət edənlərdən [email protected] ünvanına mövzu yerində “Direktor Assistenti” yazaraq şəkilli CV göndərmələri xahiş olunur.