1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Hal hazırda Təşkilatın infrastrukturunun idarəedilməsi şöbəsinə Kondisioner təmirçisi tələb olunur.
Vəzifə öhdəlikləri:
• Kondisionerin hava filtrlərinin təmizlənməsi
• Drenaj sistemin təmizlənməsi
• Kondisioner sistemlərinin Freon qazı ilə doldurulması
• Lehimləmə və qaynaq işlərinin aparılması
• Yerlərdə daxili və xarici blokların yuyulması və təmizlənməsi
• Drenaj sisteminin təmir olunması
• Ventilator motorlarının dəyişdirilməsi
• Kompressor motorlarının montajı və demontajı işlərinin aparılması, dəyişdirilməsi
• Sensorların dəyişdirilməsi
Namizədə qoyulan tələblər:
• Texniki təhsil
• Kondisioner təmiri sahəsində azı 3-5 il iş təcrübəsi
• Split, Kanal, VRV kondisionerlərin və Çiller sistemlərinin iş prinsiplərini bilmək
• Zəruri ehtiyyat hissələrini təyin etməyi bacarmaq
• Nasazlıq səbəblərini araşdırıb, problemləri qısa müddətdə həll etməyi bacarmaq
• Kondisionerlərin ehtiyyat hissələrini və həmin ehtiyyat hissələrin Bakı şəhərində mövcud olan satış nöqtələrini tanımaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kondisioner təmirçisi” qeyd etmələri xahiş olunur.