Satınalma Mütəxəssisi

  • SMTS
  • Elanın qoyulma tarixi: 19.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satınalma Mütəxəssisi

Vəzifə öhdəlikləri:

1. Satınalmanın təşkili,  tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
2. Yeni potensial Tədarükçülərin və Təchizatçıların araşdırılması;
3. Bazar araşdırması və təchizatçılarla görüş;
4. Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
5. Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;
6. Təkliflərin toplanması prosesinin idarə olunması;
7. Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;

Namizədə olan tələblər:

• Mühəndislik və ya İqtisadiyyat sahələrində ali təhsil;
• Satınalma mütəxəssis  olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı,  inşaat materiallarını yüksək səviyyədə tanımalı;
• Azərbaycan, rus və ingilis dilini yaxşı səviyyədə bilməli; 
• İnşaat materialları bazarına yaxşı bələd olmalı;
• Komandada işləmək bacarığına sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
• MS office proqramlarını əla səviyyədə bilməli (əsasən MS Excel,1C ERP);
• Kişi namizədlərə üstünlük veriləcəkdir;

Digər tələb və şərtlər:

- Yaş həddi:  25-35 AZN
- Əmək haqqı 700-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini   [email protected] elektron ünvanına mövzu yerinə “Satınalma mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.