"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vəzifə: Marketinq üzrə Mütəxəssis
Əsas vəzifə:
- Şirkətin strateji məqsədlərinə uyğun fəaliyyət planları hazırlamaq;
- Partnyor, yerli və xarici şirkətlərlə yazışmalar, ümumi marketinq tədbirlərinin təşkili və planlaması işini həyata keçirmək;
- Bazar araşdırmalarını etmək;
- Kompaniyalar barədə təkliflərin hazırlanması (kreativlik) və nəzarət;
- Periodik görülən işlər və marketinq büdcəsi ilə bağlı hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Çöl reklamları və onların dizaynının müəyyən edilməsi;
- Filialların işçi heyəti ilə daim kompaniyalar barədə əlaqədə olmaq, onları bütün aktiv kompaniyalar barədə xəbərdar etmək;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkili;
Namizədə dair tələblər:
• Müvafiq sahədə iş təcrübəsi (minimum 2 il) ;
• Ali təhsil;
• Azərbaycan, rus, ingilis dillərini səlist bilməlidir.
• Yaş həddi 23-33 ;
• Microsoft Office proqramları (MS Word, Excel)
İş Şərtləri:
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.
Müraciət üçün son tarix: 16.12.2017
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Marketinq üzrə mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.