Satış üzrə Menecer (Sektorlar: Qapı/parket, məxbəx mebeli)

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 12.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia Azərbaycanda vüsət alaraq geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks inteeryer məshullarının satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia lyuks sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu brendlərini idxal edərək xidmət göstərir.

Collezione Italia hazırda Satış üzrə Menecerlər (Sektorlar: Qapı/parket, məxbəx mebeli) vəzifəsi üzrə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 22-35;
• Təhsil: Orta/ali
• Cins: kişi;
• Gözəl xarici görkəmə malik olmaq;
• Müvafiq riyazi biliklər;
• VACİB: Qeyd olunan sahələrin uğurlu satışında ən azı 1 illik iş təcrübəsinə malik olmaq arzu olunandır:
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək;
• Müştəri-yönümlü yanaşma;
• Mükəmməl ünsiyyət qurmaq bacarıqları;

Əsas vəzifə və öhdəliklər:

• Müştəriləri yüksək səviyyəli xidmətlə təmin etmək;
• Müştərilərə məhsullar və məhsulların çeşidləri, kampaniyalar və yeni kolleksiyalar haqqında təqdimatlar aprmaq və məsləhətlər vermək;
• Müştərilərə məhsulların seçimində köməklik göstərmək;
• Şirkətin peşəkar imicinin həm mağazada, həm də ki, mağaza hüdudlarının kənarında yüksək səviyyədə qoruyub-saxlamaq;

Şərtlər:

• Bütün müştərilərlə iş;
• Peşəkar inkişaf və karyera artımı imkanları;
• Nahar şirkət tərəfindən təmin edilir
• Şirkət daxilində təlim və inkişaf, brendlər və satış texnikası üzrə bilik və bacarıqları təkminləşdirəcək təlimlər;
• Karyera yüksəlişi üzrə perspektivlər;
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.

Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-lərini (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu satışın nəticələri) e-mailin mövzu hissəsində "Satış üzrə Menecer" sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.