Müştəri xidmətləri - Əməliyyatçı və Baş əməliyatçı

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 30.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Müştəri xidmətləri - Əməliyyatçı və Baş əməliyatçı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı, Sumqayıt, Qəbələ və Gəncə şəhərləri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil;
• Yaş həddi 22 – 32;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
• MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
• Analitik düşüncə qabiliyyəti;
• İş təcrübəsi arzuolunandır.

İŞİN TƏSVİRİ:

• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
• Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;
• Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;
• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
• Müştərilərə POS-Terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müştəri xidmətləri - Əməliyyatçı və Baş əməliyatçı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.