NƏQLİYYAT RƏİSİ
Funksiyalar:
- Nəqliyyat vasitələri parkını yoxlamaq, onların istismara hazırlıq səviyyəsini qiymətləndirmək və hansı xidmət növlərinə ehtiyac duyulduğunu müəyyən etmək
- Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək - Sürücülərin xəttə çıxmazdan əvvəl illik etibarnamə hazırlamaq və həkim nəzarətindən keçməsini təmin etmək
- Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirmək; sürücülərin iş saatlarını qeyd etmək
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq - Alınan ehtiyyat hissələrin siyahısını aparmaq
Namizədə tələblər:
- Nəqliyyat sahəsi üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır
- Sürücülük vəsiqəsi: B C
- Baki və rayon yollarını yaxşı bilməli
- Dil bilikləri: Azərbaycan və Rus dili
- 27-42 yaş həddi
- Məsuliyyətli, idarəçilik qabiliyyətinə malik olan
Şərtlər:
- 6 günlük iş rejimi, 8.00-18.00
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
- 1000 AZN əmək haqqı
E-mail: [email protected]